Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Ramiz Rövşəndən şəhid ailəsinə ev bağışlaması xəbərinə - Reaksiya
 
Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında yayılan xəbərləri təkzib edib.
Gender.az xəbər verir ki, Sabah.az-a açıqlamasında Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib.
“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”, - şair bildirib.
Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.
Tarix: 19 dekabr 2020
Baxış: 291

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş