Xəbər lenti
Reklam
Rus zabiti Şuşada ermənilərin basdırdığı minanın partlaması nəticəsində ÖLDÜ
 
Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.
 
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib.
 
Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar ermənilər tərəfindən basdırlıb. \\Azxeber
 

 

 
Tarix: 18 dekabr 2020
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş