Xəbər lenti
Reklam
Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi

Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.
 
Gender.az bildirir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.
 
Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.
 
Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək.
 
Allah rəhmət eləsin!
 
 
Tarix: 16 dekabr 2020
Baxış: 296

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş