Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bakıda bu obyektlərin qiyməti BAHALAŞIB


Bakıda ötən ay ərzində kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində kommersiya obyektlərinin satış bazarında 1 kvadrat metrin qiyməti 2803 manatdan 3063 manata qədər bahalaşıb və artım 9.28 faiz təşkil edib. Əsas artım xidmət sahələrində, ofis sahələrində baş verib.

Ekspertin sözlərinə görə, obyektlərin icarə qiyməti isə ucuzlaşıb. Bir obyektin orta kirayə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və azalma 5.38 faiz təşkil edib.

 
Ümumi daşınmaz əmlak bazarında 2.87 faiz azalma qeydə alınıb. \\Trend
Tarix: 27 avqust 2020
Baxış: 273

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş