Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Millət vəkili tanınmış teatrşünasla növbəti dəfə GÖRÜŞDÜ
 
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevi növbəti dəfə qəbul edib. Görüşdə Anar Burcəliyev millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya növbəti səmimi qəbul üçün və eləcə də Gəncədən olan bütün müraciətlərə xüsusilə ötən ay tanınmış bəstəkar Qənbər Hüseynlinin məzarının yerinin dəyişdirilməsi məsələsinə həssaslıqla yanaşdığı üçün Gəncə ziyalıları adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Daha sonra mədəniyyət beşiyi olan qədim Gəncənin tarixi abidələri bu günki vəziyyəti və onların qorunması eləcə də yenidən rekonstuksiya məsələləri Mədəniyyət Komitəsinin sədri ilə geniş şəkildə müzakirə edilib.
Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Qənirə Paşayeva teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyib və Milli Məclisin Mədəniyyət komitəsi olaraq bu sahədə aparılan təbliğat və təşviqat sahəsində atılan bütün addımlarda uğurlu layihələri dəstəklədiyini bildirib.

Gender.az
Tarix: 22 avqust 2020
Baxış: 348

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş