Redaktor seçimi
    Ərdoğan Xocalıya gələcək
Xəbər lenti
Reklam
Paşinyan "erməni soyqırımı" məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.
Gender.Az TASS agentliyinə istinadən xəbər verir ki, N.Paşinyan bunu Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.
"Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - deyə N.Paşinyan vurğulayıb.
N.Paşinyan daha əvvəl qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-nun üzvü olub. 2024-cü ildə isə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.

Tarix: 25 yanvar 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş