Elmə məlumdur ki, vulkanlar erkək və dişi olmaqla, iki qrupa bölünürlər. Suda və quruda olan vulkanlar fərqli (əks) cinslərə malikdirlər. Əgər quruda baş verən vulkanın lavası suyla qovuşarsa (okeana tökülərsə), su vasitəsi ilə vulkanlar arasında energetik rabitə yaranır ki, bu da əks cinsli vulkanların qovuşması sayılır. Bu vaxt dünyada fəlakətlər artır...
Adətən belə hadisələr baş verməzdən öncə delfinlər kütləvi şəkildə özlərini okeanlardan quruya atırlar... Son illərdə delfinlərin müxtəlif okean və dənizlərdən quruya atmaları və bunun fonunda Yerdə fəlakətlərin çoxalması müşahidə olunsa da insanlar bunların biri-biri ilə əlaqəsini bilmirlər.
Elmi-ləduna görə okeandakı vulkan qurudakı əks cinsli vulkanla qovuşmaq (oxu: evlənmək) istəyəndə delfinləri "elçi" göndərir...
Buna misal olaraq, 19 sentyabr 2021-ci il tarixdə baş verən İspaniyadakı La Palma vulkanını göstərmək olar ki, lavası okeana töküldü. Ondan qabaq delfinlərin kütləvi şəkildə quruya çıxması müşahidə olunmuşdu.
Odur ki, delfinlərin quruya çıxdıqlarını gördüyünüz vaxt Yerə bəlalar gələcəyini bilməlisiniz və bunun şərindən qorunmaq üçün tövbə edib Allaha sığınmaq, savab əməllərin sayını artırmaq məsləhətdir...
Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi