Dünyada məşhur olan azərbaycanlı aşpaz nəhəng dəvəquşu bişirdi — VİDEO
Qəbələdən olan məşhur aşpaz Təvəkkül Aslanov “Youtue” kanalında izləyicilərini təəccübləndirib.
T.Aslanov nəhəng dəvəquşunu bişirib.
“Bu gün bütöv bir nəhəng dəvəquşunu çəlləyin altında kabab etdim. Bu unikal resept ağlıma gəldi. Ümid edirəm hər kəsi heyran edəcək” – deyə aşpaz yazıb.
Bu bişirmə görüntüləri böyük maraq doğurub.
Aşpaz bunun üçün böyük çəlləkdən istifadə edib.
“Youtube”də Qəbələdən olan məşhur bloqer -aşpazın yemək bişirmək kadrlarına milyonlarla baxış olur.
Onun nərə balığından hazırladığı kabab 20 milyon baxış olmuşdu.
Dünyadan -ABŞ-dan, Avropadan, Yeni Zelandiyadan, Alyaskadan, Banqaladeşdən, Türkiyədən, Almaniyadan, Argentinadan, Braziliyadan şərh yazanlar Azərbaycan haqqında xoş fikirlərini yazıblar.
“Azərbaycanın gözəl təbiəti qoynunda belə qastronomik görüntülər, əladır”.
Qeyd edək ki, Qəbələdən olan bu bloger-aşpaz vəhşi təbiət qoynunda müxtəlif yeməkləri təbii yollarla bişirir. Onun çəkilişləri “Youtube”da populyardır və milyonlarla baxış var.
ABŞ səfəri rayonda olarkən dünyada məşhur olan aşpaz Təvəkkül Aslanovla görüşüb.
Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuş T.Aslanov əvvəllər ticarət, oyma sənəti, usta kimi bir çox sahə ilə məşğul olub. Hazırda yutub kanalı üçün videolar hazırlayır.
Müsahibəsində deyib ki, kanalı bacım oğlunun təklifi ilə açıb. Beləliklə “Wildness cooking” kanalını açıblar.
Kanalı 2020-ci ildə açılıb. Hazırda 4 milyondan çox abunəçi var.
“Fikrimcə, yemək yeməyi sevən və ağzının dadını bilən hər insan ləzzətli yemək bişirə bilər. Yemək reseptlərimi xarici mətbəxtləri araşdıraraq və fərqliliklər qataraq hazırlayıram. Öz şəxsi reseptlərim də var.