Redaktor seçimi
    Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Xəbər lenti
Reklam
Bu şəxslərə 200 manat əlavə yardım ödəniləcək

Pensiyaçılara bu il də birdəfəlik maddi yardım verilə bilər…
Gender.Az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasına Millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olunub. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən dövlət başçısı pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzalayıb. Həmin yardım da pensiya məbləğinə əlavə olunub və indeksləşdirilib. Bu il də maddi yardımın verilməsi ilə bağlı  Milli Məclisdə təklif səsləndirilib.
Pensiyaçılara maddi yardımın ödənilməsi nominal əmək haqqının artımı səviyyəsində həyata keçirilə bilər.

Tarix: 22 yanvar 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş