İlin 20-ci gününə sözardı
İlin 20-ci günü olmasını nəzərə alıb, 20 ədədinin hikmətlərinə nəzər salaq.
Quranın 20-ci surəsi Musa Peyğəmbərin həyatından bəhs etdiyindən, biz də 20 ədədini elə bu həzrətin həyatı fonunda şərh edəcəyik.
... Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətini tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı).
...Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi.
Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər...
...Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da... hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi ki, sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladı... Musa belə halla ilk dəfə qarşılaşdığından, qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu.
Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına qərar verdi...
Bu əhvalat “Quran”da öz əksini belə tapmışdır:
“Onlar dedilər: “Ya Musa! Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq!
Musa dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür.
Musanın canına qorxu düşdü (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar.
Firon, dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” “Quran”, 20-ci surə, 65-71-ci ayələr.
“Quran”da təsbit olunmuş bu hadisədə diqqət çəkən bir neçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədə danışıldı)?
Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Quran”ın düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qeyd edim ki, Elmi-ləduna görə 20 ədədi sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magik təsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusuna girən ədəd ən çox 20 (!) ədədi olur. Belə adamlar bəzi hallarda yuxuda ya 20 nömrəli marşurutda getdiklərini görürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslar verdiyini görürlər. Nəticədə real həyatda onların ya səfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləri yerdən onlara veriləsi pul verilmir....
Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsində diqqət çəkən digər məqam onların meydana yığdıqları ip və qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana deyil, məhz ilana çevrildi?
Elmi-ləduna görə ilan şər qüvvələrin (sehrin, cadunun…) simvoludur. Magiya ilə məşğul olanlar ən çox bu heyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər (qara enerji ötürürlər). Bu cür təsirə məruz qalan insanlar yuxuda əsasən ilan görürlər.
Quranda cadugərlər (sehrbazlar) barədə Allah bizlərə xəbər verir ki, onların istifadə etdikləri kitab Süleyman Peyğəmbərdə də vardı. Amma, Peyğəmbər cinləri buyurmaq üçün olan o dualardan pis məqsədlə istifadə etmirdi. Onları ancaq tikinti və s xeyir məqsədlər üçün buyururdu. Amma, Süleyman dünyasını dəyişəndən sonra həmin kitab başqa-başqa adamların əllərinə keçdi və üzü köçürülərək, ər-arvad arasına nifaq salmaq, sağlamlığa ziyan vurmaq və s fitnə-fəsad məqsədlərlə istifadə olunmağa başladı:
“(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyi üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” “Quran”, “İnək” surəsi, 102-ci ayə.
Cəmiyyətdə neqativ enerji ötürülməsi (sehr, cadu və s) Süleymandan sonra bütün dövrlərdə olub. Amma, əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların “xidmətindən” istifadə edənlərin artması ilə əlaqdardır.
Vurğulamaq istəyirəm ki, Musa Peyğəmbərin dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar – yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər – bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ (“qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini tilsimə salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə səbəb olur. Belə enerji yüklənmiş əşyalar evə qoyulduqda ilk növbədə evdəki qız uşaqlarına, hamilələrə çox güclü təsir edir və onlarda baş, boyun, kürək, onurğa ağrılarına, panikaya, əsəbə, yorğunluğa, yuxusuzluğa, qarabasmalara və s hallara səbəb olur və müalicəyə tabe olmur. Hətta, hamilə qadının bətnindəki uşağa (yaxud, evdə yaşayan qızın neçə ildən sonra doğacağı uşağa) da çox güclü mənfi təsir göstərir. Hazırda autizmli, əqli qüsurlu, əsəbi, cinsi bilinməyən... uşaqların daha çox doğulması da bununla bağlıdır. Yəni, insanlar hansısa bir problem üçün falçılara, cadugərlərə (onlar bəzən özlərini ekstrasens, medium və s adlandırırlar) müraciət etməklə həm indiki nəsli, həm də gələcək nəsli neqativ enerjiyə yoluxdururlar.
Maraqlıdır ki, bu cür təsirə məruz qalan insanların yuxusuna adətən ilan girir, yaxud, onlarda ilana qarşı fobya olur (elə bilirlər ki, indi haradansa ilan çıxacaq).
Söz ardı: Qadınlarda mensturasiya prosesi olduğuna görə neqativ enerji onlara daha tez təsir edir və bu prosesi (ümumiyyətlə, analıq orqanlarının funksiyasını) pozur.
"Biz Yaquba elm verdik. Lakin, insanların əksəriyyəti bunu bilməz". Quran, 12:68
Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, 39 kitab müəllifi