Redaktor seçimi
    Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Xəbər lenti
Reklam
“Atamın dili tutulub, məni belə tanımır” – Ənvər Həsənovun qızı

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.
Bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib:
“Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub. Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır”.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.

Tarix: 22 yanvar 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş