Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Məsud Pezeşkianın hökumət kabineti: Üç azərbaycanlı nazir... (SİYAHI)

İran parlamenti yeni prezident Məsud Pezeşkianın yeni hökumət kabinetini təsdiq edib.

Parlament bütün nazirlərin lehinə səs verib. Parlamentdən əvvəl isə İranın ali lideri Əli Xamenei və kəşfiyyat orqanları yeni hökumətin tərkibinə razılıq verib.

Yeni hökumətdə Güney Azərbaycandan üç nəfər yer alıb. Belə ki, aslən azərbaycanlı olan Məsud Pezeşkian öz kabinetində Abdul Nasser Himmeti (İqtisadiyyat və maliyyə naziri), Qulamrza Nuri (kənd təsərrüfatı naziri) və Əmir Əziz Nəsirzadəyə (Müdafiə, logistika və silahlı qüvvələr naziri) 
vəzifə verib.

Yeni İran hökumətinin tərkibi belədir:

Alireza Kazemi - Təhsil Nazirliyi
Settar Haşimi - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hüccətül-islam Seyyid İsmayıl Hatib - Kəşfiyyat Nazirliyi
Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi
Seyid Abbas İraqçi - Xarici İşlər Nazirliyi

Məhəmməd Rıza Zəfərgendi - Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi
Əhməd Meyderi - Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi
Qulamrıza Nuri - Kənd Təsərrüfatı Nazirliyi
Emin Hüseyin Rəhimi - Ədliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Ferzane Sadık - Yollar və Şəhərsalma Nazirliyi
Məhəmməd Atabək - Sənaye, Mədən və Ticarət Nazirliyi
Hüseyin Simai Sərraf - Elm, Araşdırma və Texnologiya Nazirliyi
Seyid Abbas Salihi - Mədəniyyət və İslami İrşad Nazirliyi
İskəndər Mümini - Daxili İşlər Nazirliyi
Məhəmməd Rza Salihi əmiri - Mədəni İrs və Turizm Nazirliyi
Muhsin Paknejad - Neft Nazirliyi
Abbas Əliabadi - Energetika Nazirliyi
Əhməd Dünyamalı - İdman və Gənclər Nazirliyi



Qaynarinfo.Az
Tarix: 21 avqust 2024
Baxış: 39

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş