Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Təcavüzə məruz qalan qadın kişi ekspertdən imtina edir, amma... (AÇIQLAMA)

Bakıda təcavüzə məruz qalan qadının ekspertizadan keçmək istəyi rədd edilib. 
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Vəkil bunun qanuna zidd olduğunu bildirib:
"Bir zorlanma işi ilə məşğul oluram. Qız qadın ekspertlərin müayinəsindən keçmək istəyir. Lakin hər dəfə imtna edilir. Ona deyilir ki, istəyi qanuna ziddir".
Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, ekspertizaların keçirilməsində həmişə belə problemlər olur:
"Bizdə qız kişi ekspertləri ilə görüşmək istəmir. Bir dəfə zorakılığa məruz qalan bir qız tələb edirdi ki, qadın eksperti ona baxsın, imtina verilmişdi. Qız israrla dedi ki, mən kişi ekspertindən müayinədən keçmək istəmirəm. Biz də dedik ki, mümkünsə qadın eksperti olsun. Təklifimiz rədd edildi. Düşünürəm ki, ekspertiza ilə bağlı qanuna dəyişiklik edilməlidir".
Hüquq müdafiəçisi qeyd edib ki, ekspertizaların son zamanlar rəyləri ürəkaçan deyil: 
"Buna görə bu sahəyə ciddi nəzarət edilməlidir. Ekspertiza şəxsin istəyinə uyğun olaraq həyata keçirilməlidir. Xüsusən də zorakılıq halı varsa və qadın kişi ekspertini istəmirsə, bu nəzərə alınmalıdır. Çünki belə hallar qadınlarda hər hansı kompleks yaradır. Amma nədənsə şəxsin istəyini həyata keçirilməsindən yayınırlar".

Tarix: 21 avqust 2024
Baxış: 63

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş