Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Manaf Ağayev deputatlığa namizəd olacaq? - GÖRÜN KİMİNLƏ mübarizə aparacaq

Müğənni Manaf Ağayevin bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilib. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.
Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.
Müğənninin deputat olmaq sevdası, xüsusən də Vüqar Bayramova rəqib olması iddiası mətbuatda səs- küy yaradıb.
Referans.Az məsələ ilə bağlı müğənni Manaf Ağayevin öz fikrini öyrənmək istəyib. Telefona toylar kralının köməkçisi cavab verərək, yayılan xəbəri təkzib edib. Manaf Ağayevin hazırda toyda olduğunu və deputat olması ilə bağlı xəbərlərin yalnış olduğunu bildirib.

Şəlalə Babayeva  

Tarix: 04 iyul 2024
Baxış: 80

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş