Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib. Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda Wi-Fi şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək.
Bunun üçün ölkə xaricində olarkən rouminq və VoLTE / VoWiFi xidmətlərinin aktiv olması kifayətdir.
VoWiFi xidmətinin üstünlükləri nələrdir?
-VoWiFi xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.
-Şəbəkənin olmadığı yerlərdə belə, WiFi üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.
-Xaricdə olarkən VoWiFi xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.
Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.
Qeyd edək ki, VoWiFi texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.

Tarix: 04 iyul 2024
Baxış: 77

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş