Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Alimlər elmi işlərini sosial şəbəkədə paylaşmalıdırmı?

“Elmi tədqiqat elmi jurnallarda çap olunmalıdır. Elmi tədqiqatların yayımı, çapı kommersiya məqsədli olmamalıdır”.
Gender.Az bildirir ki, bu sözləri Hit.az-a təhsil eksperti İlqar Orucov deyib.
O bildirib ki, son illər  dünyada elmi işlərin sosial platformalar vasitəsilə yayılması müşahidə olunur. Bu hal geniş yayılıb:
“Nəzərə almaq lazımdır ki, sosial platforma nizamsız, xaoitik bir mühitdir. Yaxşı olar ki, alimlər öz elmi işlərini sosial şəbəkə vasitəsilə deyil, ciddi platformalarda yayımlasın. Zamanla elmi işlərin paylaşımı üçün sırf rəqəmsal platforma yaradıla bilər. Ancaq  biz  elm adamına deyə bilmərik ki, tədqiqatını sosial şəbəkədə paylaşma. Bununla bağlı qadağa tətbiq edilə bilməz”.  
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib ki, heç bir özünə hörmət edən elm işçisi tədqiqatını sosial şəbəkədə, “Facebook” postunda dərc etmir.

Sevinc

Tarix: 03 iyul 2024
Baxış: 92

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş