Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“ Nəzərə alsaq ki, Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanata görə ... ” — AÇIQLAMA

Bu gün Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşüb.  Görüşdə bir sıra məsələlər müzakirə olunub. 
Bu görüşdə müzakirə olunan məsələlərin  Ermənistan ilə sülhün əldə olunmasına hansı təsiri olacaq? 
Gender.Az bildirir ki, Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, bu görüş iki ölkə arasındakı münasibətlərə kifayət qədər müsbət istiqamətdə təsir edəcək.
Politoloq qeyd edib ki, Azərbaycan-Rusiya arasında münasibətlər inkişaf edən xətt üzrə davam etməkdədir: 


“İki ölkə liderlərinin görüşməsi əhəmiyyətli bir hadisədir. Beləki, hər iki ölkənin 2022-ci ilin fevralından müttəfiqlik fəaliyyətinə dair imzaladıqları müqavilə var. Bu istiqamatdə fəaliyyət davam edir. Bizim münasibətlərimizin nəhəng daşlarından biri Azərbaycan ərazilərində vaxtilə, 2020-ci ilin Üçtərəfli bəyanatına əsasən yerləşdirilmiş rus sülhməramlı qüvvələri idi. Artıq onlar Azərbaycanı qarşılıqlı razılaşma əsasında tərk ediblər ki, bu da bizim münasibətlərimizdə yeni dövr açır. Təbii ki, iki tərəfli münasibətlərdən başqa bizim aramızda Güney Qafqazdakı proseslərlə bağlı regional məsələlər müzakir olunacaq. Nəqliyyat dəhlizləri ilə bağlı məsələ müzakirəsini tapacaq. Burda həm Şimal-Cənub, həm Şərq-Qərb, orta dəhliz müzakirə olunacaq. Çünki Rusiya da hər iki dəhlizdə maraqlıdır. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanata görə Rusiya nəzarəti həyata keçirməlidir, lakin Qərbin təkidi ilə Ermənistan tərəfindən buna əngəl törədilir. Təbii ki, enerji, ticarət, iqtisadiyyat, hümanitar və digər sahələrdə məsələlər də müzakirə olunacaq deyə düşünürəm”. 
Oqtay Qasımovu sözlərinə görə, xüsusilə, konstitusiya dəyişiklikləri ilə bağlı məsələdə dirəniş göstərməsi, onu deməyə əsas verir ki, Ermənistan sülhdə çox da maraqlı deyil: 
“Ermənistanın sülh müqaviləsini ləngitməsinə gəlincə isə bəzi qüvvələr var ki, həm Ermənistan daxilində, həm də kənar da prosesi əngəlləməyə çalışırlar. Ermənistan Fransanın, Hindistanın və digər ölkələrin yardımı ilə sürətlə silahlanmaqdadır. Konstutitusiya məsələləsini Ermənistanın daxili məsələsi adlandırsalar da, bunun birbaşa Azərbaycana dəxli var. Bu, heç də daxili məsələ deyil. Çünki həmin konstitusiyada həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Azərbaycan həm konstitusiyanın dəyişdirilməsini tələb edir, eyni zamana Ermənistan qanunvericilik aktlarında Azərbaycana qarşı vaxtilə qəbul edilmiş qərarların qəbulunu istəyir. Azərbaycan Ermənistanın bu manipulyasilarına  imkan verməmək üçün əslində optimal bir variant təklif edir. Onu Azərbaycan Prezidenti səsləndirdi. Beləki, Ermənistana təklif olunur ki, əsas baza prinsipləri əsasında sənəd imzalansın. Paralel olaraq Ermənistanda referendumun keçirilməsi məsələləri gündəmə gətirilsin. Həmçinin, geniş hərtərəfli sülh mqaviləsinin mətninin hazırlanması da davam etdirilsin və konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsi imzalansın”.

Əfsanə Rəcəb
 
Tarix: 03 iyul 2024
Baxış: 78

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş