Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...
 

"Hesab edirəm ki, yoluxma sayı 2 rəqəmliyə düşsə, müəyyən mexanizmlər tətbiq etməklə toy şənliklərinin keçirilməsi mümkün olar".
Bunu Qaynarinfo-ya açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, toy, yas mərasimləri daha çox insanların toplaşdığı yerlər və xəstəliyin yayılması üçün ən münbit şəraitin yaranacağı yerdir:
"Biz də çox gözləyirik, qohum-tanışlarda toy edəsi adamlar çoxdur. Toylara 500-1000 adam gəlir, odur ki təhlükəlidir. Onun da mexanizmini işləyib hazırlaya bilərlər. Hələ tezdir, 10 gün vaxt var, bu müddətə çox sey dəyişə bilər".
Cəlal İsayev bildirib ki, avqustun 5-i karantin bitmir:
"Sadəcə olaraq, insanların SMS-lə deyil, daha sərbəst şəkildə işlərinə getməsi mümkün olacaq. Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər. Həm sağalmada, həm də yoluxmada günü-gündən ümidverici rəqəmlər açıqlanır".                          /Sonxeber.az
Tarix: 25 iyul 2020
Baxış: 363

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş