Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Azərbaycanda sərt karantin rejimi Qurban bayramına kimi bitəcək? - AÇIQLAMA


İyulun 31-i və avqustun 1-i Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Hazırda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Qeyd edək ki, gündəlik yoluxanların sayı günbəgün azalır, sağalanların sayı isə çoxalır. Gündəlik yoluxma sayı azalma dinamikası ilə davam edərsə sərt karantin rejimi iyulun 31-də bitə bilərmi?
Yoluxanların sayının azalması və sağalanların artması bizi arxayın etməməlidir:
"Biz hələ uzun müddət pandemiyanın yaratdığı şərtlər əsasında yaşamalıyıq. Bu gün hansısa bayramı bəhanə edib, karantin rejimini yumşaldıb yoluxanların sayını artıra bilmərik. Xəstəxanalar, həkimlər yüklənir, ölkənin iqtisadi yükü artır. Dövlət hər gün bir xəstəyə görün nə qədər xərc çəkir. Bundan əlavə ölkəmiz müharibə şəraitindədir. Mənfur düşmənlərimizin də təxribatının qarşısını almaq üçün dövlətimiz bütün gücünü səfərbər edib. Ona görə tədbiq edilən karantin rejimi və görülən tədbirlərə anlayışla qarşılamaq lazımdır. Avqust ayının 5-nə kimi sərt karantin rejimi davam edir. Sərt karantin rejimini dayandırmaq mümkün deyil. Çünki virusun bundan sonra özünü necə aparması bilinmir.
Qarşıdan gələn Qurban bayramı İslam dinin və xalqımızın çox həvəslə qeyd etdiyi bayramdır. Bu günə kimi heç vaxt dayanmayan Həcc ziyarəti belə təxirə salındı. Təsəvvür edin ki, illərdir insanlar arzuladığı Həcc ziyarətinə gedə bilmədi. Buna görə də biz özümüz də görülən işləri zəyiflətməmək üçün qaydalara əməl etməliyik. Karantin rejimi avqustun 5-nə kimi davam edir. Avqustun 5-dən sonra Operativ Qərərgah sanitar-epidemoloji vəziyyəti analiz etdikdən sonra vəziyyətə uyğun qərar verəcək. Qərarın nə olacağından asılı olmayaraq insanlarımız qoyulan qaydalara əməl etməlidir".                               /Sonxeber.az
Tarix: 25 iyul 2020
Baxış: 374

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş