Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Çimərliklərə getməyə bir şərtlə İCAZƏ VERİLİR
 

Bakıda sərt karantin rejimi tətbiq olunsa da, insanların çimərliklərə getməsinə icazə verilir.
SMS icazə yazaraq dənizdə sərinlənməyə gedənlər var. Onlar plyajda polis əməkdaşına icazə aldığını göstərir və dənizə daxil olur. Müxbirimizə verilən məlumata görə, belə vətəndaşlar az deyil və onlar 3 saatlıq icazə alaraq çimərliyə üz tuturlar. Qeyd edək ki, karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə çimərliklərdə monitorinqlərin aparılacağı və xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə etmək məsələsinin mümkünlüyü qeyd olunmuşdu. Odur ki, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə İcra nümayəndələri ictimai çimərliklərdə olub və çimərliklərin hazırkı vəziyyətini yerində dəyərləndirilib. \\ HİT.Az
Tarix: 21 iyul 2020
Baxış: 410

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş