Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Latviyada yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçiriblər - FOTO
 

 Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.

Aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil olunub. Üzərində Azərbaycan bayrağının, "Erməni təcavüzünə son!”, "Qarabağın işğalına son!” şüarlarının olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

Sonra Azərbaycanın Latviyadakı səfirliyi qarşısında toplaşan aksiya iştirakçıları səfir Cavanşir Axundovla görüşüblər. Ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və erməni təxribatları ilə əlaqədar dövlətimizlə həmrəylik ifadə edən soydaşlarımız doğma Vətənimizin müdafiəsinə daim hazır olduqlarını söyləyiblər.

Səfir Cavanşir Axundov nümayiş etdirilən yüksək vətənpərvərliyə və həmrəyliyə görə soydaşlarımıza təşəkkür edib. Xalqımızın və dövlətimizin Azərbaycan ərazilərinin hərbi işğalı ilə heç zaman barışmayacağını qeyd edən səfir torpaqlarımızın qısa zamanda erməni təcavüzkarlarından azad ediləcəyinə əmin olduğunu söyləyib.

Çıxışına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycanın güclü dövlətdir və onun güclü ordusu var” sözləri ilə davam edən səfir ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırıb.

Sonda həmvətənlərimiz milli ordumuzda qulluq etmək üçün səfirliyə müraciət ediblər. 

Səfir Cavanşir Axundov soydaşlarımızın bu fədakar addımlarını yüksək qiymətləndirib.                /Sfera


 
                        

Tarix: 18 iyul 2020
Baxış: 365

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş