Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Şəhidlərlə bağlı səhvə yol verən deputat ÜZR İSTƏDİ


“Mənim cəbhə bölgəsindən şəhidlərimizin sayı ilə bağlı təsadüfi etdiyim səhv bəzi sosial şəbəkə istifadəçiləri və saytlar tərəfindən təhrif olunaraq yayımlanıb”.

A.Nağıyev qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatının ilk günlərindən həmin bölgəyə gedib: “Yaxından tanıdığım Tovuzun Ağdam, Dondar Quşçu və digər kəndlərinin sakinləri ilə daim təmasda olub, görüşlər keçirimişik. Şəhid xəbərləri hamıya mənəvi təsir göstərir, Türkiyənin media qurumlarından birinə verdiyim həmin açıqlama zamanı da şəhid dəfnində iştirak edirdim. Bundan öncə də 2 şəhid dəfnində iştirak etmişdim, insan itkisi əlbəttə ki, ağırdır, şəhid cənazəsini ailəsinə təhvil vermək, onların üzündəki kədəri, göz yaşını görmək insana təsir etməyə bilməz. Bütün bunların yorğunluğu, yaşatdığı mənəvi-pisixoloji vəziyyət bu xoş olmayan təsadüfi səhvin yaranmasına əsas səbəblərdən oldu.

Türkiyə media qurumunun təkidi ilə çox əlverişsiz şəraitdə onlara açıqlama verdim. Əlbəttə ki, bu açıqlamada məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olub. Yuxarıda sadaladığım səbəblər, həmin anda ağır pisixolojik durumum şəhidlərimizin sayı ilə bağlı təsadüfi səhvin olmasına şərait yaratdı”.

A.Nağıyev bildirib ki, düşmənə qarşı birlik olmalı olduğumuz günlərdə bu hadisənin bəzi sosial şəbəkə istifadəçiləri və saytlar tərəfindən təhrif olunaraq düşmənə sərf edən formada paylaşılması üzücüdür:

“Hörmətli, Azərbaycan xalqım, əgər bu səhvim sizə mənəvi təsir edibsə, sizdən üzr istəyirəm. Bir daha qəhrəmancasına həlak olan bütün şəhidlərimizin ailələrinə və yaxınlarına Allahdan səbr diləyirəm, bunlar bizim əzmimizi qıra bilməz. Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür, erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır”.        /Hurriyyet
Tarix: 17 iyul 2020
Baxış: 361

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş