Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Azərbaycanın Rusiyadakı Səfirliyi: Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur

Cari ilin 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə bu ölkədə yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.
Sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.
Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmvətənlərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.                           /APA
Tarix: 17 iyul 2020
Baxış: 442

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş