Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Bu prosesdə həm də rus-türk qarşıdurması, iqtisadi və dövləti maraqlar var” – Elçin Şıxlı

 
Türkiyənin Azərbaycanla bağlı addımını müsbət sayıram. Hesab edirəm ki, Türkiyə Azərbaycanla bağlı bu addımları atmalıdır. Çünki bu regionda Rusiya öz məqsədlərinə çatsa, Türkiyənin nəfinə olmayacaq. Həm də indiki mərhələdə Türkiyənin addımları tam qanuna uyğundur. Əgər, biz qızışıb Ermənistan ərazisinə keçsəydik, Yerevandakı 102-ci baza bu prosesə müdaxilə etməli idi və yəqin ki, edəcəkdi. Bəlkə də bizdən bunu gözləyirdilər. Bu baş versəydi ola bilsin ki, həmin hərbi hissə Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşəcəkdi, daha sonra Lavrovun səyləri ilə Rusiya sülhməramlı adı altında qoşunlarını Qarabağa gətirməyə cəhd edəcəkdi. Və nəticədə Azərbaycandan Gürcüstan yolu ilə Türkiyəyə gedən boru xətləri Rusiyanın nəzarətinə keçəcəkdi. Bu halda Türkiyə Rusiyadan asılı vəziyyətə düşəcəkdi.
Gender.az bildirir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan ordusunun qəfl hücumundan sonra qardaş Türkiyənin siyasi davranışlarını şərh edən “Ayna Zerkalo” qəzetinin baş redaktoru, siyasi təhlilçi Elçin Şıxlı deyib.
O, əlavə edib ki, Azərbaycan və Türkiyənin bir qardaş, eyni qan olması öz yerində, amma bu prosesdə dövlət maraqları da var:
“Türkiyədə ola bilsin ki, həm də bu nöqteyi-nəzərdən əvvəlcədən qəti mövqeyini ortaya qoydu. Ruslar da belə bir şey olacağını gözləmirdirlər və açığı bir az da duruxdular. Diqqət etsəniz, Vladimir Solovyov və rus kanallarında çığır-bağır salan bir çox jurnalistin danışıq tərzindən də görünür ki, onlar Türkiyədən belə qətiyyətli mövqe gözləməyiblər”.
Müsahibimiz qeyd edib ki, indi baş verən proseslərdə həm də Rusiya və Türkiyə arasında maraqların toqquşması var:
“İqtisadi və dövləti maraqların toqquşması var. Bu Suriyadan Liviyaya keçdi, oradan da bura tərəf gəldi. Yəni rus uduzduğu yerlərdə indi revanş götürmək istəyir”.
Tarix: 17 iyul 2020
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş