Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Ermənistanın İsveçdəki səfirliyinin önündə etiraz aksiyası keçirilib
 
Isveçdə yaşayan soydaşlarımız Stokholm şəhərində Ermənistanın səfirliyi önündə etiraz aksiyası keçiriblər.
Aksiya paytaxt ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribat törətməsinə, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimizin və dinc sakinlərin həlak olmasına cəlb etmək məqsədilə təşkil olunub.
Soydaşlarımız Stokholm şəhərinin mərkəzi küçəsindən Ermənistan səfirliyinin binasının qarşısınadək Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərlə yürüş ediblər. Ermənistan səfirliyin önündə Azərbaycanın dövlət himnini oxuyan aksiyaçılar “Qarabağ Azərbaycanındır!”, "Şəhidlərimizin qanı yerdə qalmayacaq", "Tanrı sizi qorusun, igidlərimiz!" və s. şüarlar səsləndiriblər.                                /APA
Tarix: 16 iyul 2020
Baxış: 309

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş