Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
FHN-nin canlı qüvvə və texnikası Şamaxı və Qobustanda yağış sularının çəkilməsinə cəlb olunub


Bu gün günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.
Məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hal-hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir.                                  /APA
Tarix: 15 iyul 2020
Baxış: 313

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş