Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Rusiyalı professorlar ATU-nun Tədris Terapevtik Klinikasında olub
 

Heydər Əliyev Fondunun dəstəyi ilə  İ.M.Seçenov adına I Moskva Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyəti koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına dəstək məqsədilə ölkəmizə gəlib.

Azərbaycan Tibb Universitetindən APA-ya bildirilib ki, Rusiyadan dəvət olunan professor həkim heyətinin üzvləri ATU-nun Tədris Terapevtik Klinikasında olublar. Rusiyalı professor həkim heyəti öncə klinikanın direktoru, professor Surxay Musayevlə görüşüblər. Onlar klinikadakı şəraitlə ətraflı tanış olublar. Sonra Klinikanın müalicə işləri üzrə müavini (baş həkim) Fəridə Hacıyeva, həkim-infeksionist Aygül Əliyeva və şöbələrdə çalışan həkim heyəti ilə koronavirusla mübarizədə əldə olunan ikitərəfli təcrübə və fikir mübadiləsi aparılıb.

Rusiyali professor həkim heyəti klinikada müalicə alan xəstələrlə də görüşərək onların vəziyyətilə tanış olublar, bəzilərini müayinə edərək müalicəsi istiqamətində öz fikirlərini bölüşüblər.                                                 /APA




Tarix: 15 iyul 2020
Baxış: 331

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş