Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Prezident “Fairmont”dakı HADİSƏDƏN DANIŞDI
 

“Xəstəliyin yayılmasının səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”. 
Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:
“Biz görəndə ki, insanlar nümayişkaranə bu rejimi pozurlar… Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Qaydaları pozan insanlar daha məsuliyyətlıi olarlarsa, nizam-intizama əməl edərlərsə, hesab edirəm, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”. \\Qafqazinfo
Tarix: 06 iyul 2020
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş