Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Alimlər ideal yaş fərqini tapıb

Aralarında 5 yaş fərq olan cütlüklər arasında ayrılma ehtimalı eyni yaşda olanlarla müqayisədə 18 faiz çoxdur
Mütəxəssislər cütlüklər arasında münasibətlərin uzun ömürlü olması üçün ideal yaş fərqini tapıb. 
Atlanta Emori Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, cütlüklər arasında yaş fərqi nə qədər böyük olarsa, ayrılmaq ehtimalı bir o qədər artır. “İndependent”in yazdığına görə, 3 min nəfər arasında aparılmış araşdırma nəticəsində aralarında 5 yaş fərq olan cütlüklər arasında ayrılma ehtimalı eyni yaşda olanlarla müqayisədə 18 faiz çoxdur.
Aralarında 20 yaş fərqi olanların ayrılmaq ehtimalı isə 95 faizə yüksəlir. Bununla da araşdırmalar yaş fərqinin cütlüklər arasındakı münasibətlərin nə qədər uzun ömürlü ola biləcəyini söyləməyə əsas verir. Amma istisnalar da həmişə var. Məsələn, dünya şöhrətli aktyor  Leonardo Di Kaprionun özündən 25 yaş böyük  xanımla əlaqələsi olub, Robert De Niro isə özündən xeyli cavan biriylə ailə qurub və 79 yaşında 7 övlad atasıdır. Fransanın dövlət başçısı Emmanuel Makronun həyat yoldaşı da ondan 25 yaş böyükdür. Bu barədə “Le Parisien”ə danışan Makron “əgər həyat yoldaşımdan 20 yaş böyük olsaydım, kimsə bunu müzakirə etməyəcəkdi, həyat yoldaşım məndən böyükdür deyə, müzakirə açırlar. Amma biz artıq neçə ildir birlikdəyik”, söyləyib. \\Sherg.az

Tarix: 27 may 2023
Baxış: 232

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş