Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Gözüaçıq ölən insanların yeri CƏHƏNNƏMDİR? - İlahiyyatçı AÇIQLADI

Yəqin ki, çoxunuz bəzi insanların ölən zaman gözlərinin açıq qaldığı haqda eşitmisiniz. Bəziləri gözüaçıq ölən şəxsin sağ ikən hər hansı bir arzusunun qaldığını bildirir, bəziləri isə həmin adamın cəhənnəmə vasil olduğunu düşünür.

Bəs bu qeyri-adi halın yaşanma səbəbi nədir? Əksər insanlar nə üçün gözüaçıq dünyadan köçür?

Gender.Az xəbər verir ki, bu barədə Referans.Az-ın sorğusunu cavablandıran ilahiyyatçı Təyyar Hüseynli bu hadisəni ruhun insan bədənini tərk etməsi ilə əlaqələndirib:

“İnsan öldüyü zaman, bəzən canını tapşırdı deyirlər, bəzən son nəfəsi deyirlər vs. Belə deyək ki, insanın bədənində kinetik enerji mövcuddur. Bu enerjini də insan bədənində olan ruh təşkil edir. Əslində sonuncu tənəffüs dayananda, yəni ürəyin axırıncı döyüntüləri zamanı ruh bədəni gözlərdən tərk edir və ölən insanlara fikir versək, onların gözlərinin bərələ qaldığını görə bilərik. Buna görə də, ambulans gəldiyi zaman ölünün gözlərinə baxır və bioloji ölümü aktlaşdırır. Yəni bu məsələ bundan irəli gəlir. İnsan ölərkən göz qırpan zaman həmin ruh bədəni tərk edəndə bəzən gözləri daha çox bərəli qalır. Bu da normal bir hadisədir. Bəzi insanlar bunu boş-boş məsələlərə yozurlar, amma bu tamamilə yanlışdır. İnsanlar bu kimi məsələrlə bağlı şox şey danışa bilər, lakin biz hər şeyin elmi və ağıllı sübutlarına inanmalıyıq”.

Aqil Taleh

Tarix: 20 may 2023
Baxış: 668

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş