Xəbər lenti
Reklam
Bibiheybət məscidinin yanındakı yol istifadəyə verildi



Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətindən keçən hissəsi istifadəyə verilib .
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri başa çatdırılıb və yol iyunun 23-ü axşam saatlarında yolun asfalt örtüyünün vurulması başa çatıb və yol sürücülərin istifadəsinə verilib.
Xatırladaq ki, ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidən keçən avtomobil yolu çökərək yararsız vəziyyətə düşmüşdü.             /Sonxeber
Tarix: 24 iyun 2020
Baxış: 294

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş