Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

  Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.
Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra  Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək. Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.                  /APA
Tarix: 23 iyun 2020
Baxış: 361

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş