Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrlə bağlı tövsiyələr verib
 
  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə xəstəliyə yoluxma riskini azaltmaq üçün tövsiyələr verib.
Açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalı, yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.
Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməli, dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.
Qeyd edilib ki, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır. Tullantılar isə vaxtında kənarlaşdırılmalı, tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməlidir.  
Zallar, otaqlar da mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.              /APA
Tarix: 23 iyun 2020
Baxış: 295

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş