Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Kitabların arasında böyüyən uşaq həyatda öz yerini tez tapır” - Milli Kitabxananın direktoru - VİDEO - FOTO
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı olub. 
O, məktəb illərini xatırlayarkən söyləyib ki, həmin dövrdə müəllimlərinə böyük hörmətlə yanaşıb:
"Biz elə bilirdik ki, müəllim çörək yemir. Müəllimi görəndə qaçıb gizlənirdik, düşünürdük ki, onunla bir sırada əyləşə bilmərik. Müəllimi çox yüksəkdə görürdük".
Mütaliəyə böyük maraq göstərdiyini söyləyən Kərim Tahirov uşaqlarda mütaliəyə həvəsini məktəb yaşlarından yox, daha erkən yaşlardan yaradılmalı olduğunu söyləyib:
"Uşaqlara beşik başında laylalar, sonra nağıl və şeirlər oxunmalıdır. Yetişməkdə olan insanın səviyyəsi onun uşaq vaxtı etdiyi mütaliədən asılıdır. Mən uşaqlara kitabla dost olmağı arzulayıram. Çünki, kitabların arasında böyüyən uşaq həyatda öz yerini daha tez tapır".
"Mən məktəbli ikən" verilişi hər həftənin şənbə günü saat 18:00-da "ARB Günəş"in efirində yayımlanır.\\Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
 
Tarix: 18 mart 2019
Baxış: 513

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş