Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Peyvənd kimlər üçün təhlükəlidir? - Ölüm yarada biləcək hallar - HƏKİM AÇIQLADI

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmovun iki gün sonra vəfat etdiyinə dair xəbər yayılıb.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, tez-tez səfərlər edən Məhərrəmov COVID-19 pasportu almaq üçün “SinoVac” vaksini vurdurub.
O, mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu klinikalardan birinə yerləşdirib. Komada olan S.Məhərrəmov orada vəfat edib.
Məlumata görə, beynində tromblaşmanı götürmək üçün tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.
Bu, hansı hallarda koronavirusa qarşı peyvənd vurdurmağın ölümlərlə nəticələnə biləcəyinə dair müzakirərə səbəb olub.
Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, beyindaxili təzyiq, qanda laxtalanma halları müşahidə edilən xəstələrə peyvəndin əks-təsiri ola bilər:
“Bu ölümün birbaşa peyvəndlə əlaqəli olduğunu düşünmürəm. Ola bilsin ki, şəxsdə digər xəstəliklər də olub. Beyindaxili təzyiq, allergiya, qanda laxtalanma kimi hallarda peyvəndlərin əks-təsiri ola bilər. Buna görə də peyvənd edilmədən həkimlər şəxşi müayinə etməlidir. Əgər şəxsdə hər hansı narahatlıq halları olarsa, müəyyən müalicədən sonra peyvənd tətbiq edilməlidir. Lakin həssas şəxslərin peyvənd vurdurmaması ilə bağlı hər hansı bir qərar yoxdur. Bununla əlaqədar olaraq, TƏBİB və ya Səhiyyə Nazirliyi müəyyən qiymətləndirmələr həyata keçirə bilər”.

Tarix: 04 iyun 2021
Baxış: 303

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş