Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Onlayn dərslər məktəblilərin görməsinə necə təsir edir? Oftalmoloq həyəcan təbili çalır

Son vaxtlar hər ikinci xəstəm ya məktəblidir, ya tələbədir, ya da müəllim. Bunu yalnız onlayn təhsil ilə əlaqələndirirəm. Bu vəziyyət ölkədə böyük görmə problemlərinə səbəb olub.
Bu barədə oftalmoloq cərrah Gövhər Əliyeva onlayn dərslərin görmə qabiliyyətinə təsirindən danışarkən bildirib.
Onun sözlərinə görə, pasiyentlər ən çox ağrı, narahatlıq, gözlərdə yad cisim, həmçinin göz yaşarması, qızartı və gözlərin tez yorulmasından şikayətlənirlər.


“Müayinə zamanı ən çox quru göz sindromu diaqnozu qoyuruq. Həm də xəstələrimdə miyopik astiqmatizm göstəricilərində (eyni zamanda iki patologiyanın - miyopiya və astiqmatizm, müşahidə olunduğu görmə pozğunluğu) kəskin bir pisləşmə olduğunu qeyd edərdim”, - deyə o, vurğulayıb.
Oftalmoloq gözlərdə quruluq səbəblərindən də danışıb. O, bu halın əsasən yaxın məsafədə diqqət tələb edən işlərin görülməsindən yarandığını deyib. Mütəxəssisin sözlərinə görə, dərslər azı 4-5 saat çəkir, uşaqlar bu müddətdə çox yaxın məsafədən elektron qadjetlər – telefonlar, planşetlər, kompüterlərdən istifadə edirlər.
“Buna görə göz qırpma sayı azalır, nəticədə quru gözlər xəstəliyi inkişaf edir, gözlərdə narahatlıq və digər şikayətlər meydana gəlir”, - deyə Gövhər Əliyeva bildirib. \\Media.Az

Tarix: 10 fevral 2021
Baxış: 275

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş