Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bir zamanların məşhur Vişnevskiy mazı – Nələrə qadirdir?
 
Sovet dövrünün o məşhur, kəskin qoxulu Vişnevskiy mazı əvvəllər hər evdə mütləq olurdu.  Elə indi də istehsalı dayanmayan bu unikal maz insanı çox problemlərdən xilas edə bilər.

Vişnevskiy mazının əsas faydalarını sadalayırıq:

-Üz dərisinin kosmetik təmizlənməsindən sonra vişnevskiy mazı dərinlikdə qalan çirki,iltihabı təmizləyir, dərini tərtəmiz edir
-Varikozda istənilən parçanı 4 qatlayıb, mazı ora çəkərək, xəstə nahiyəyə kompress qoyulur. 6 saat saxlanılır.
-Yeniyetməlik sızanaqlarında bu mazı üzə çəkmək olar. Göz, ağıza düşməsinə yol verməyin.

-Dəridə furunkul zamanı tənzifə maz çəkib, sarğı edirlər. Vişnevskiy mazı irini çəkmək üçün effektivdir. 
-Yanıq, donma, zədə zamanı da həmin yerə bu maz çəkilə bilər.
-Yataq xəstəsi olanların dərisində yataq yaralarının işlənməsi üçün yaxşıdır.

-Trofik yaraları da ayaqda bu mazla müalicə etmək olar. 
-Vişnevskiy çəkilən yara, toxuma çapıq qoymadan tez yığılır, bərpa olur.

Əbəs yerə bu mazı İkinci dünya müharibəsində cərrahların möcüzəsi adlandırmırdılar. \\Medicina.az 
 
 


Tarix: 02 may 2019
Baxış: 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş