Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Sarıköklü mərci şorbası – Şəkər xəstələri üçün RESEPT
Diabet xəstələri qəbul etdikləri bütün qidalara xüsusi fikir verməlidir. Onlar qanda şəkəri balansda saxlayan yeməklərə üstünlük verməlidir.
Diabetdən əziyyət çəkənlər üçün xüsusi şorba reseptini təqdim edirik. 
Şəfa qaynağı olan sarıkök və darçın diabet xəstələrinin xilaskarıdır desək yanılmarıq.
Sarıköklü-darçınlı mərci şorbası üçün:
1 stəkan qırmızı mərci
1 ədəd yerkökü
2 ədəd baş soğan
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı sarıkök
Yarım çay qaşığı toz darçın
Nanə,pul bibər,duz  
 Hazırlanması:
Baş soğan və yerkökünü doğrayın. Tavaya qoyub, üzərinə yuyulmuş mərcini əlavə edin. Üstünə çıxana qədər su əlavə edin. Qaynamış qarışığı blnederdən keçirin, üzərinə ədviyatları əlavə edin. Aşağı temperaturda bişməyə qoyun.
Bir neçə dəqiqə bişdikdən sonra 2 yemək qaşığı zeytun yağı əlavə edib, təkrar qarışdırın. İstəsəniz, üzərinə biraz limon da sıxa bilərsiniz. \\Medicina.az  
Tarix: 26 aprel 2019
Baxış: 422

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş