Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Yeni növ donuz qripi mutasiyaya uğrayarsa, yayılma təhlükəsi mümkündür” - Fəxrəddin Qoca
 

“H1N1 nəslindən olan yeni növ donuz qripi mutasiyaya uğrayarsa, insandan insana yoluxa bilər”.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə deyib.
Nazir bildirib ki, yeni növ donuz qripinin insandan insana keçməsi haqqında elmi məlumatlar yoxdur, amma donuzdan insana yoluxduğu məlumdur.
F.Qoca vurğulayıb ki, bu fakta da ilk dəfə Çində rast gəlindiyi üçün Türkiyənin mütəxəssisləri çinli elm adamları ilə mütəmadi fikir mübadiləsi aparırlar: “Hələlik vəziyyət sabitdir, fərqli bir vəziyyət yaranacağı halda bunu da ictimaiyyətə açıqlayacağıq. Bu virusla bağlı baş verən proseslər ciddi nəzarətimizdədir”. \\APA
Tarix: 01 iyul 2020
Baxış: 375

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş