Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Türkiyədə koronavirusla bağlı son statistika AÇIQLANDI

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.
Son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.
Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir. \\Teleqraf
Tarix: 29 iyun 2020
Baxış: 309

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş