Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bu xəstəlik uşaqların həyatını riskə ata bilər - XƏBƏRDARLIQ

Uşaqlarda yaz ishalı isti havalarda tez-tez rast gəlinən sağlamlıq problemləri sırasında yer alır.
Həkimlər ishalın uşaqlarda daxili suyun qurtarmasına səbəb olduğunu bildiriblər.
İshaldan öncə halsızlıq, qusma və yüksək hərarət müşahidə edilir ki, bu halda valideynlər dərhal həkimə müraciət etməlidirlər.
"İshal xəstəliyi normaldan daha çox və ya tez-tez bayıra çıxma halları ilə müşahidə edilə bilər. Yaz aylarında buna mövümi infeksiyalar da səbəb ola bilir. Bakterial, mantar və parazitar xəstəliklərə görə daha tez-tez görmək mümkündür. Qarın ağrısı, qaz, ürək bulanması, qarın nahiyəsində bərkimə və sancılar ishal ilə müşayiət olunur. Səbəbindən asılı olaraq yüksək hərarət və qanlı defekasiya da əlavə edilə bilər", - doktor Şimşək bildirib.
İshal zamanı qidalanmanın vacibliyini qeyd edən Şimşək, uşaqların tez-tez maye qəbul etmələrinin vacib olduğunu bildirib:
"Su itkisi uşaq üçün, həyat üçün təhlükə yarada bilər. Müalicə yolu suyun itirilmə dərəcəsindən asılı olaraq dəyişə bilər. Əvvəlcə sağlam pəhriz saxlamaq lazımdır. Uşaq qidalanmaqda çətinlik çəkirsə, venalar vasitəsi ilə qidanı əvəz edən vasitələrin bədənə ötürülməsi lazımdır. Bunun üçün mütəxəssis müayinəsi və müalicəsi tələb olunur". \\Publika
 
Tarix: 26 iyun 2020
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş