Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Xankəndidə MİTİNQ: "Başqa çıxış yolu yoxdur, yoxsa Nikol Qarabağın təslim möhürünü vuracaq"

Xankəndidə mitinq başlayıb.
Bu barədə Qarabağda separatçıların qondarma “parlamentinin deputatı” Metakse Akopyan deyib. O, Qarabağın “müdafiəsi hərəkatına” start verildiyini bildirib.
“İndi bizim iqtidarlarımız çıxıb xalqın yanında olmalı və Nikol rejiminə qarşı çıxmalıdırlar, başqa çıxış yolu yoxdur. Əks halda Nikolla birlikdə Qarabağın təslim olmasına möhür vuracaqlar. Onlar indi çıxıb meydanda xalqın yanında dayanmalıdırlar”, – Akopyan bildirib.
Onun sözlərinə görə, Qarabağ xalqı Paşinyana qarşıdır və hər şey xalqdan asılıdır, insanlar öz evlərini, yerlərini, vətənlərini qorumaq üçün sadəcə olaraq Nikola və beynəlxalq ictimaiyyətə qarşı çıxa bilərlər.
“Biz beynəlxalq ictimaiyyətdən siqnal almamışıq. Nikoldan eşitdiyimiz odur ki, beynəlxalq ictimaiyyət bu və ya digərini tələb edir. Biz qəzəblənirik və düşünürəm ki, buna qarşı mübarizə aparmaq çətin olacaq, insanlar öz evlərini müdafiə edirlər”, – o deyib. \\KONKRET.az

Tarix: 08 oktyabr 2022
Baxış: 369

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş