Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
“Qaytarılan 17 erməni əsir çox ciddi cinayət törətməyənlərdir” - Deputat

“Hər bir əsir, girov haqqında birmənalı şəkildə filtrasiya tədbirləri həyata keçirilir. Eyni zamanda, onların törətdiyi cinayətlər, təxribatlar araşdırılır və müvafiq olaraq onlar barəsində cinayət işi açılır”.
Bu sözləri Azərbaycanın 17 erməni hərbi əsiri İrəvana geri qaytarması barəsində Redaktor.az-a münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev dedi. Onun sözlərinə görə, qaytarılan hər bir girov haqqında da mütləq şəkildə araşdırma aparılır.
“Araşdırmalara uyğun hüquq-mühafizə orqanları onların hər biri haqqında müvafiq qərarlar qəbul edir. Danışıqlar nəticəsində humanist addımlar atılaraq mütləq şəkildə onların dəyişdirilməsi və hər hansı bir qarşılıqlı mübadilə nəticəsində belə addımlar atılır. Erməni KİV-i 17 nəfər erməni əsirinin qaytarılmasında ABŞ və digərlərinin xahişinin nəzərə alınmasını göstərir. Azərbaycan tərəfi də humanist addım ataraq bu əsirlərin geri qaytarılmasını təmin edib. Yüz faiz əminliklə deyə bilərəm ki, bunlar çox ciddi cinayətlər törətməyən əsirlərdir. Olduqca ciddi cinayət törədən əsirlər barədə müvafiq araşdırmalar davam etdirilir”,- deyə deputat vurğuladı.
Tarix: 05 oktyabr 2022
Baxış: 299

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş