Redaktor seçimi
    AzTv ailəsində möhtəsəm toy - FOTOLAR
Xəbər lenti
Reklam
"Səhliyalı"nın maaş qalmaqalı - İDDİA

Ölkənin tanınmış kolbasa-sosis istehsalçısı olan “Səhliyalı” KM sahibi dəyişib.

Bir müddət öncə mətbuatda gedən məlumatlara görə, Elşən Bəkir Bəkir oğlu artıq sözügedən müəssisənin qanuni təmsilçisi deyil. “Səhliyalı”nın hazırki qanuni təmsilçisi Rövşən Səmədov Knyaz oğludur.

Gender.Az-ın xəbərinə görə, azinform.az-a edilən şikayətdə iddia edilir ki, şirkət uzun müddət işçilərin maaşlarının ödənməkdə çətinlik çəkib. Bu səbəbdən də rəhbərlik şirkəti satmaq qərarına gəlib.

Ancaq saytımıza verilən digər məlumata görə, Elşən Bəkir Bəkir oğlu “Səhliyalı”nı tamamilə tərk etməyib, hissədar olaraq qalıb. 

İddiaya görə, Elşən Bəkirin dövründən qalan problemlər hələ də həllini tapmayıb. 

Bir zamanlar "Hacı" ilə məşhurlaşan şirkət, deyəsən son dövrlər "tik-toker"lərin reklamları ilə "qabağa düşmək" istəyir. Çünki son zamanlar (tiktok ölkədə məhdudlaşdırılana qədər) "tiktoker" reklamlara üstünlük verilib.

Bildirək ki, “Səhliyalı” KM-in tərkibindəki “1000 Bərəkət Halal Nemət” MMC-nin qanuni təmsilçisi isə dəyişməyib, hələ də İlham Bəşirov Bəşir oğludur. “Səhliyalı” KM-nin nizamnamə kapitalı 759000 AZN-dir. Şirkət Elşən Bəkir Bəkir oğlununn adına olsa da direktor kimi qardaşı Fərid Bəkir Bəkir oğlu göstərilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tarix: 28 sentyabr 2022
Baxış: 405

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}