Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
“Bu addımı atsaydıq, müharibəni dayandıra və bizə qarşı sanksiya tətbiq edə bilərdilər” – İLGİNC DETALLAR

“Azərbaycan istəsəydi, Naxçıvana dəhliz açardı. Rəsmi Bakının müdafiəni yarıb Naxçıvana çatmaq imkanı var idi”. Rusiyalı hərbi ekspert Pavel Felgenhauerin belə bir açıqlama ilə çıxış etməsi müxtəlif dairələrdə marağa səbəb olub. Bir çox siyasi analitiklər Azərbaycanın buna hərbi qüdrətinin çatdığını desələr də, bəziləri beynəlxalq güc amili nəzərə alaraq əks fikir səsləndiriblər.  
Mövzunu Konkret.Az-a şərh edən Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, müharibə getdiyi dövrdə məqsədimiz Ermənistan ərazisindən (Zəngəzur istiqamətindəki 44 kilometrlik yolu) keçmək olsa idi, bunu edə bilərdik: “Amma bu zaman çox böyük gərginliklər yaşanacaqdı. Biz hələ Zəngilanı azad etməyə gedəndə Xudafərin istiqamətində qarşımızı İran əsgərləri kəsmişdi. Faktiki olaraq bir sutka gec hərəkət etdik və bu da müəyyən itkilərə səbəb oldu. Biz həmin 44 kilometrlik yolu keçməyə cəhd göstərsəydik, bu zaman İran açıq şəkildə münaqişəyə qoşulardı. Doğrudur, bunu etmək Azərbaycanın hərbi gücü və imkanları daxilindədir. Amma bu addımı atmaq bizə heç nə qazandırmayacaqdı. Əksinə Şuşanı qoyub o istiqamətdə hərəkət etsəydik, onda bütün dünya bizim üzərimizə qalxacaqdı. Bizim fiziki imkanlarımızı beynəlxalq güc heçə endirəcəkdi və proseslər əleyhimizə cərəyan edəcəkdi. Qarabağda apardığımız torpaqlarımızın azad edilməsi əməliyyatlarına kölgə düşə bilərdi. Yaxud müharibəni dayandıra və bizə qarşı sanksiya tətbiq edə bilərdilər. Bizim gücümüz indi də Xankəndiyə daxil olmağa imkan verir. Amma Azərbaycan buna getmir. Çünki qarşımıza Rusiyanın və beynəlxalq güclərin çıxacağını bilirik. Azərbaycanın gücünün olması məsələnin tam həlli demək deyil. Rusiyanın hərbi gücü Ukraynadan qat-qat yuxarı olsa da, Kiyevə girə bilmir. Çünki bu zaman beynəlxalq təzyiqlə üzləşəcəyini yaxşı anlayır. Ona görə də, bəzi məsələləri güclə deyil, ağılla həll etmək lazımdır”.

İlham İsmayıl: Rusiyanın şərtlərindən biri bu idi... - MEYDAN.TV

Ekspert əlavə edib ki, biz Zəngilana, yəni sərhəd ərazilərə yaxınlaşanda ilk olaraq Rus bayrağı qalxdı: “Amma orada Rus əsgəri yox idi. Yəni onlar Azərbaycan və Ermənistan arasındakı yox, İranla sərhəddə dayanırdılar. Amma bayraqlarını qaldırmaqla “bizim o tərəfə keçməməyimizi” təmin etməyə çalışdılar. Bu da bir xəbərdarlıq idi. Əslində biz Rus sərhədçilərini də məhv edib keçə bilərdik. Lakin söhbət ad və simvoldan gedir. Bizim bir rus əsgərinə qarşı çıxmağımız, bütün Rusiyaya qarşı olmağımız deməkdir. Bir sözlə, diplomatik yolla həll edilən işin ömrü uzun olur”.

Müşviq Tofiqoğlu

Tarix: 22 sentyabr 2022
Baxış: 453

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş