Rusiyadan İrəvana SƏRT MÖVQE: “Yalanı dayandırın!”
İrəvan FTX-ni Azərbaycanla qarşıdurmaya cəlb etməyə çalışır.
Gender.az xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri ilə bağlı olan “Siloviki” telegram kanalı erməni təbliğatının yaydığı məlumatlar təkzib edib.
“İrəvan Rusiya FTX-ni Ermənistanla Azərbaycan arasındakı münaqişəyə cəlb etməyə başlayıb. Bu gün Ermənistanın teleqram kanallarında Azərbaycan tərəfindən erməni mövqelərinin atəşə tutulması və guya Rusiya FTX-nin texnikasının zədələndiyi barədə məlumatlar aktiv şəkildə yayılıb. Lakin Rusiya mənbələri bu məlumatı təsdiqləməyib.
Bundan başqa, Ermənistan tərəfinin təqdim etdiyi fotoşəkillərdə sınmış avtomobilin üzərində heç bir mərmi və güllə izi yoxdur. Nümayişkaranə şəkildə asılmış Rusiya bayrağı da şübhəlidir. Bütün bu faktlar quraşdırılmış səhnələrin olduğunu güman etməyə əsas verir.
Məqsəd Moskvanı vasitəçi statusundan çıxarmaq və Kremli münaqişə tərəflərindən birinə, konkret halda Ermənistana çəkməkdir”, – deyə telegram kanal yazıb.\\Konkret
Tarix: 14 sentyabr 2022
Baxış: 311
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş