Xəbər lenti
Reklam
Rusiya Ermənistana niyə NOTA verdi? – İLGİNC SƏBƏBLƏR

Ermənistanda “Surumal” ticarət mərkəzində baş verən partlayış regionun ən önəmli mövzusuna çevrilib. Hadisə ilə bağlı səslənən versiyalar isə Rusiya və Ermənistan arasında gərginliyə səbəb olub. Belə ki, Ermənistan tərəfi partlayışda Rusiyanı günahlandırıb və buna cavab olaraq rəsmi Moskva İrəvana NOTA verib.
Bəs görəsən bu məsələ Rusiya və Ermənistan münasibətlərinə, eləcə də regiona necə təsir göstərəcək?  

Mövzunu Konkret.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki,  Ermənistanın ”Surmalu” ticarət mərkəzində baş verən partlayış bu ölkə üçün ən ciddi hadisə hesab olunur. Təbii ki, baş verənlər ermənilərdə şok effekti yaradıb: “Bütün ölkələrdə bu tip hadisələrdən sonra həm hüquq mühafizə orqanları, həm də digər dövlət qurumları partlayışın qəsdən və ya ehtiyatsızlıq ucbatından yarandığına dair bir neçə versiya üzərində işləyirlər. Ermənistanda da bu gün həmin vəziyyət hökm sürür. Onu da qeyd etməliyəm ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər nə qədər gərgin olsa da, bu versiyalar içində hadisənin ölkəmiz tərəfindən törədildiyinə dair düşüncə belə yoxdur. Bu hadisənin yerli müxalifətin, Rusiya Xüsusi Xidmət orqanlarlarının köməyi ilə törədildiyi bildirilir. Bu versiyanın irəli sürülmə səbəbi isə may ayından etibarən Ermənistan müxalifəti tərəfindən iqtidara qarşı mitinqlərin keçirilməsi göstərilə bilər. Təbii, bu mitinqlərin əsas səbəbi insanları hakimiyyətə qarşı qaldırmaq idi, lakin heç bir nəticə olmadı. Buradan qaynaqlanaraq Ermənistanın hüquq mühafizə orqanları versiya olaraq, partlayışda müxalif qüvvələrinin əli olduğunu  iddia edirlər. Təbii ki, Rusiya tərəfininin Ermənistana NOTA verməsinin səbəbi bu versiyanın inkişaf etməsinin qarşısını almaqdır. Rusiya höküməti NOTA verərək bu prosesin inkişafını boğmağa, Ermənistan hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırma aparmasına mane olmağa cəhd göstərir. Səslənən versiya təhqiqat metoduna çevrilib inkişaf edərsə, bu, Rusiya və Ermənistan arasında ciddi gərginliyə səbəb ola bilər. Böyük ehtimal ki, Rusiya öz niyyətinə çatacaq və bu versiya təhqiqata götürülməyəcək. Beləliklə də “Surmalı” ticarət mərkəzində baş verən partlayışın əsas səbəbi bəlkə də məlum olmayacaq”.
Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

Politoloq əlavə edib ki, formal olaraq Ermənistan hüquq mühafizə orqanları tərəfindən  müəyyən mülahizələr irəli sürüləcək və bununla da əməliyyat bağlanacaq: “Bu hadisədə Rusiya Xüsusi Xidmət orqanlarının əli olduğu bilinərsə, təbii ki, İrəvanla Moskva arasında münasibətlər pisləşəcək. Belə olan halda isə Ermənistan Qərbyönümlü siyasət yürüdəcək. Eyni zamanda hadisələr daha da ciddiləşərsə, Ermənistan Türkiyə və Azərbaycanla olan əlaqələrini də müsbət mənada inkişaf etdirəcək. Təbii ki, Ermənistan üçün yeni əlaqələrin yaradılması heç də sadə bir məsələ deyil. Eyni zamanda Rusiyanın indiki vəziyyətini nəzərə alaraq deyə bilərik ki, Qərbin bu ölkədə güclənməsi və Ermənistanla münasibətlərin inkişaf etdirilməsi  heç şübhəsiz Kremlə zərər verəcək. Bu ehtimalları nəzərə alsaq, prosesin araşdırılmadan bağlanacağını deyə bilərik. Bir sözlə, həm Ermənistan iqtidarının, həm də Rusiyanın hakimiyyət dairələrinin yardımı ilə məsələ gündəmə gəlmədən, təhqiqat aparılmadan bağlanacaq. Bununla da hadisənin əsas səbəbi məlum olmayacaq”.

Arifə Kərimzadə

Tarix: 17 avqust 2022
Baxış: 496

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş