Redaktor seçimi
    İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri
Xəbər lenti
Reklam
İş yerində intim münasibətdə olmaq olar? - Qanun nə deyir?

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında şəxsi (sexsi) yanğınlarını söndürməsinin görüntüləri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məsələyə münasibət bildirərkən deyib ki, videodakı əməkdaşlar cəzalandırılacaqlar. Bəs qanunvericiliklə belə hallarda hansı inzibati tədbirlər görülür?
Ümumiyyətlə, qanunvericilikdə iş yerində intim macəralar yaşayanlarla bağlı hansısa normativ qaydalar əks olunubmu?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, məsələyə iki tərəfdən baxmaq olar. Birinci yerdə fundemental insan hüquqları durur. Fundamental hüquqlar sosial hüquqlardan üstündür: "İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvesiyasının 8-ci maddəsi var. Bir şəxs və onun şəxsi həyatı barəsində nəsə paylaşılım edilibsə, bu artıq onun şəxsi həyatına müdaxilədir. Avropa məhkəməsinin qərarlarına görə, ofis və avtomobil də mənzil toxunulmazlığı statusunda ola bilər. Mənim iş yerimdə kiçik otağım, kiçik bir küncum varsa, burada da paralel olaraq mənzil toxunulmazlığı hüququm var. Şəxsin mənzili kimi, iş yerində, ofisində və yaxud da avtomobilində 3-cü şəxs tərəfindən avadanlıq quraşdırılırsa, bu artıq onun şəxsi həyatına müdaxdilədir və mənzil toxunulmazlığı hüququnun pozulmasıdır".

Digər məsələ isə odur ki, iş yerində müəyyən əxlaq normaları var və ona necə əməl olunmalıdır? Qaydalar, qanunlar necə tənzimlənməlidir? Bu, işəgötürənin özünüdən asılı olan məsələdir. İşçi onsuz da belə halda zərərçəkmiş olur. Bu halda ona cəzanın tətbiq edilib-edilməməsi işəgötürənin öz mülahizəsinə qalır. Əmək müqaviləsində heç kim yazmır ki, kimsə işdə yaxın münasibətdə ola bilməz. Sadəcə, iş yerinin müəyyən intizam qaydaları var. Xüsusən də mühafizə orqanlarında və s. yerlərdə çalışanlar bunu nəzərə almalıdırlar. Beləcə, inzibati tənbeh tədbiri görülə bilər”. \\Azxeber

Tarix: 17 avqust 2022
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş