Redaktor seçimi
    Dövlət Başçısı ailə üzvləri ilə bir arada
Xəbər lenti
Reklam
Türk düşməni nazir oldu - FOTOLAR

Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirən Dilan Yeşilgöz yeni kabinetdə vəzifəsinin icrasına başlayacaq.
Hurriyyet.az xəbər verir ki, Niderlandda martın 17-də keçirilən ümumxalq seçkilərindən keçən 271 günlük danışıqlar prosesindən sonra yeni hökumətin qurulmasına başlanılıb və koalisiya hökumətində təmsil olunacaq nazirlərin adları dəqiqləşib. Beləliklə koalisiya hökumətində türk əsilli 2 qadın nazirin də yer alacağı məlum olub.
 
Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək. "Demokratlar 66” Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. Niderlandın yeni ədliyyə naziri Dilan Yeşilgöz Türkiyənin qatı düşməni kimi tanınır. 1984-cü ildə terror təşkilatı PKK-ya  və sol terror təşkilatlarına bağlı silahlı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz atasının "missiyasını” davam etdirir.
Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olduğu haqda fikirləri dəstəkləyən Yeşilgöz, 2018-ci ildə Niderlandda  qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli deputatdan biri olub. Qeyd edək ki, 1977-ci ildə Tuncelidə doğulan Dilan Yeşilgöz, 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. O, holland, ingilis və kürd dillərini mükəmməl bilir.
 
Mənbə: Konkret.az

Tarix: 04 yanvar 2022
Baxış: 211

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş