Erməni deputat təşvişdə: “Paşinyanın bəyanatları Qarabağın gələcəyini təhlükə altına qoyur”
“Paşinyanın bəyanatları problemli və təhlükəlidir”.
Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan deyib.
O bildirib ki, Ermənistan Baş nazirinin bəyanatları Qarabağın (qondarma qurum – red.) “gələcəyini” təhlükə altına qoyur.
“Bu bəyanatlarla Nikol Paşinyan gələcək danışıqlar prosesinə ən böyük zərbəni vurur. İstənilən belə bəyanat Ermənistana, Qarabağa qarşı istifadə olunacaq, biz əvvəlcə bütün bunların nəticələrini aradan qaldırmalı, yalnız bundan sonra irəli getmək barədə düşünməliyik”, - deyə Qriqoryan qeyd edib.
Erməni deputatın sözlərinə görə, bəzən belə bir təəssürat yaranır ki, Paşinyan doğrudan da danışıqlar prosesinin tarixi və məzmunu ilə İlham Əliyevlə danışması sayəsində tanış olub.
Qriqoryan vurğulayıb ki, Paşinyan 44 günlük müharibə zamanı reallaşdıra bilmədiyi çoxdankı arzusunu həyata keçirməyə, Qarabağdan və Qarabağ problemindən qurtulmağa çalışır. \\Ordu.az